Niderland Erediviziyasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında "Sittard"a 1:2 hesabıyla uduzub.
Start "11-lik"də yer alan Kökçü 60-cı dəqiqədə əvəzlənib.
Hazırda 27 xalı olan "Volendam" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.