AZ

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa Birliyi (AB) Şurası Ukraynaya hücumları ilə əlaqədar Rusiyanı hədəf alan məhdudlaşdırıcı tədbirləri daha altı ay uzadıb.

Turkustan.az xəbər verir ki, şuranın bəyanatına görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqəli olduğu düşünülən təxminən 2600 şəxs və təşkilat 15 sentyabr 2026-cı ilə qədər sanksiya siyahısında qalacaq.

Sanksiyaların nəzərdən keçirilməsi prosesi zamanı Şura həmçinin iki şəxsi və beş mərhum şəxsi siyahıdan çıxarmaq qərarına gəlib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
turkustan.az

1Mənbələr