AZ

Vyetnamda parlamentə və yerli şuraya seçkilər keçirilir

Pekin, 15 mart, AZƏRTAC

Vyetnam qanunverici orqanı olan Milli Assambleyaya və 2026-2031-ci illər üçün bütün səviyyələrdə xalq şuralarına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, səsvermə prosesi yerli vaxtla səhər saat 7:00-da başlayıb. Təxminən 79 milyon seçicinin saat 19:00-dək 72 min 195 məntəqədə səs verəcəyi gözlənilir. Seçicilər 864 namizəd arasından parlamentə 500 deputat seçəcək, eyni zamanda, kommuna və əyalət səviyyələrində xalq şuralarının üzvlərinə səs verəcəklər.

Yerli medianın məlumatına görə, seçici fəallığı müşahidə olunur. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Tol Lam başda olmaqla, ölkənin rəhbər şəxsləri səs veriblər.

Seçkinin nəticələri martın 25-dən gec olmayaraq elan ediləcək. Parlamentin yeni tərkibdə ilk sessiyasının aprelin 6-da keçirilməsi planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
14
3
azertag.az

4Mənbələr