AZ

Bakıda yaşayış binasında YANĞIN baş verib : Təxliyə edilənlər var - VİDEO

Paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının 18 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin səkkiz nəfər bina sakini təxliyə edilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Seçilən
25
38
moderator.az

10Mənbələr