AZ

Karlson iranlılara görə çətin vəziyyətə düşdü: Məni izləyirlər

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı jurnalist Taker Karlson Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarəti altında olduğunu iddia edir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, öz “YouTube” kanalında məlumat yayıb.

Jurnalist MKİ-nin ona qarşı cinayət işi hazırladığını deyib:

“Səbəb isə müharibədən əvvəl İrandakı insanlarla ünsiyyətimdir.  Ümumiyyətlə, MKİ-dəki bəzi şəxslər İsraillə bağlı fikirlərimə görə mənə qəzəbli ola bilərlər. Lakin inanmıram ki, bu məsələ məhkəməyə çatacaq və ya mənə hər hansı bir təhlükə yaradacaq. Bu, çox güman ki, Xarici Agentlər Qanununun pozulması ilə bağlıdır”.

Jurnalist Amerika kəşfiyyatının onun şəxsi yazışmalarını oxuduğunu da açıqlayıb.

O qeyd edib ki, MKİ adi amerikalıları da izləyə bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı ilə razılaşmadığına görə Taker Karlsonu tənqid etmişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr