AZ

Ata Köseoğlu: Zəngəzur dəhlizi Ermənistanın Avropaya çıxışı üçün mühüm fürsətdir

Hazırkı geosiyasi şəraitdə Türkiyə Orta Dəhliz layihəsində ən etibarlı və yeganə real seçimdir.

Teleqraf xəbər verir ki, bu barədə “Rothschild & Co” Türkiyə üzrə sədri Ata Köseoğlu Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib.

O, investisiya bankiri Türkiyənin regionda balanslı siyasət yürütdüyünü və strateji layihələrin icrasında mühüm rol oynadığını vurğulayıb:

“Bakı-Tbilisi-Ceyhan kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi dayanıqlığını təmin edən əsas amillərdir”.

A.Köseoğlu Azərbaycanın Türkiyə iqtisadiyyatındakı geniş iştirakına toxunaraq qeyd edib ki, rəsmi Bakı qardaş ölkəyə indiyədək 21 milyard dollar sərmayə yatırıb.

O, Azərbaycanın Türkiyəyə daha 7 milyard dollar əlavə investisiya yatıracağını da diqqətə çatdırıb.

Ata Köseoğlu Zəngəzur dəhlizinin Ermənistan üçün də böyük fürsət olduğunu bildirib:

"Zəngəzur layihəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistanın Avropaya çıxışı üçün mühüm platformadır. Bu dəhliz bölgədə davamlı sülhün və iqtisadi inteqrasiyanın qarantı ola bilər".

Seçilən
47
teleqraf.com

1Mənbələr