Madrid "Real"ı "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etməyə hazırlaşır. "Haberler" nəşrinin yazdığına görə, "kral klubu" Qalatasaray”ın heyətində 27 rəsmi oyunda 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan nigeriyalı forvard üçün 80-110 milyon avro civarında təklif hazırlayıb. İstanbul klubunun isə futbolçu üçün 130-150 milyon avro tələb etdiyi qeyd olunur. Məlumata görə, klub prezidenti Florentino Peres bu transferə isti yanaşır və Osimhenin gəlişini növbəti mövsüm üçün əsas hədəflərdən biri hesab edir.
Mətləb