AZ

Çin Qran prisində uğursuzluq: Lando Norris yarışa pit leyndən başlayacaq

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Formula-1” üzrə dünya çempionu Lando Norris Çin Qran-prisində gözlənilməz uğursuzluqla qarşılaşıb. “Maklaren”in 26 yaşlı britaniyalı pilotu pit-leyn bağlanana qədər start düzülüşünə çıxa bilməyib.

İdman.Biz “Sky Sports” nəşrinə istinadla xəbər verir ki, buna britaniyalının bolidində yaranan elektronika problemi səbəb olub. Mexaniklər nasazlığı aradan qaldırmağa nail olsalar da, qaydalara görə Norris yarışa pit-leyndən start verməli olacaq.

Qeyd edək ki, dünən keçirilən sıralama turunda Lando altıncı nəticəni göstərmişdi. O, poul-pozisiyasının sahibi olan "Mersedes"in sürücüsü Andrea Kimi Antonellidən 0.544 saniyə geri qalmışdı. Norrisin komanda yoldaşı Oskar Piastri isə yarışı beşinci sırada tamamlamışdı.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr