AZ

Türkiyə Azərbaycana investisiyaları artırmaq niyyətindədir - Ata Köseoğlu

Bakı. Trend:

Türkiyə Azərbaycana investisiyaları qorumaq və artırmaqambisiyalarını nümayiş etdirir.

Trend xəbər verirki, bunu bu gün XIII Qlobal Bakı Forumunda "Son regional münaqişəYaxın Şərqi necə dəyişir" mövzusunda əlavə sessiya zamanıRothschild & Co Turkey şirkətinin İdarə Heyətinin sədri AtaKöseoğlu deyib.

Onun sözlərinə görə, hazırda türk podratçılarının Azərbaycandaəhəmiyyətli layihələri var.

"Zəngəzur Dəhlizi layihəsi çərçivəsində müqavilələrin və işlərinəksəriyyəti Türkiyə mütəxəssisləri tərəfindən həyata keçirilir,lakin bu, sadəcə rəqəm məsələsi deyil. Ümid edirəm ki, Türkiyə vəAzərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verəcəkalternativlər ortaya çıxacaq. Avropa enerji baxımından bu bölgədənçox asılı olduğundan, investisiya və infrastruktur baxımından hələöyrəniləcək çox şey var", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, faydalar yalnız Azərbaycanlaməhdudlaşmır; bu, ikitərəfli bir prosesdir. Məsələn, enerji iləyanaşı, Azərbaycan Avropaya investisiya qoymağa başlayıb.

"Cənub-Şərqi Avropa ilə bu bölgə arasında qarşılıqlı əlaqəni nəqədər çox müşahidə etsək, qarşılıqlı asılılıq bir o qədəraydınolur. Bu, sabit enerji təchizatı və davamlı sülh üçün perspektivləraçır", - deyə o vurğulayıb.

Seçilən
55
4
az.trend.az

5Mənbələr