AZ

“Barselona”da həlledici gün: Klubun yeni prezidenti bu gün seçilir

Bu gün, martın 15-də “Barselona” klubunda növbəti beş illik dövr üçün prezident seçkiləri keçirilir. Səsvermə prosesi klubun tarixindəki ən mütəşəkkil seçkilərdən biri kimi qiymətləndirilir.

İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, səsvermə hüququ olan 114 504 üzv Barselona ilə yanaşı, Jirona, Tarraqona, Leyda və Andorra olmaqla ümumilikdə beş fərqli məntəqədə öz seçimini edir. Seçkilər klubun “Sevilya” ilə keçirəcəyi matçla eyni günə təyin edilib ki, bu da azarkeşlərin həm səs verməsi, həm də stadiona gəlməsi üçün əlavə şərait yaradır.

Prezident postu uğrunda əsas mübarizə hazırkı rəhbər Joan Laporta və onun əsas rəqibi, tanınmış iş adamı Viktor Font arasında gedir. Səsvermənin rəsmi nəticələrinin bu gecə, bütün bülletenlərin sayılmasından sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, qalib gələn namizəd 2026–2031-ci illər ərzində “göy-qırmızılar”ın gələcək inkişaf strategiyasına rəhbərlik edəcək.

İdman.Biz
Seçilən
13
1
idman.biz

2Mənbələr