AZ

Qazaxıstanda referendum – Seçici fəallığı 37,5%-i ötüb


Qazaxıstanda yeni Konstitusiya ilə bağlı keçirilən referendumda seçici fəallığı Bakı vaxtı ilə saat 11:00-a qədər 37,54%-i keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvü Asel Janabilova brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, 4 677 595 vətəndaş səsvermə bülletenini alıb ki, bu da seçici siyahılarına daxil edilənlərin 37,54%-ni təşkil edir.
Komissiya nümayəndəsi bildirib ki, regionlar üzrə seçici fəallığı fərqlidir. Ən aşağı göstərici ölkənin ən böyük şəhəri olan Almatada qeydə alınıb – 14,85%. Ən yüksək fəallıq isə Aktobe regiondə müşahidə olunub və 45,73% təşkil edib. Paytaxt Astanada isə seçici fəallığı 31,23% olub.
Məlumata görə, müvəqqəti yaşayış yerlərində yaradılmış 106 seçki məntəqəsində səsvermə artıq başa çatıb.
Qeyd edək ki, yeni Konstitusiya ilə bağlı referendum martın 15-də keçirilir. Ölkə daxilində əksər seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb. Qazaxıstan və xaricdə bəzi məntəqələr isə daha erkən fəaliyyətə başlayıb.
Seçilən
26
yeniavaz.com

1Mənbələr