AZ

Hər böhran həm də yeni imkanlar yaradır - Alasdeyr Ross

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 21 milyon 284 min 70 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Misirə mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artaraq, 10 milyon 688 min 17 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 600 milyon 112 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 7 milyard 933 milyon 597 min dollar məbləğində mebel ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

Seçilən
29
turkic.world

1Mənbələr