AZ

Riyaziyyat öyrənmək artıq problem deyil - Zemfira Həzərəliyeva

Azərbaycanlı pedaqoq, tanınmış riyaziyyat müəllimi Zemfira Həzərəliyeva bu gün növbəti dəfə onu izləyənləri xoş xəbərlə sevindirdi.

Belə ki, Zemfira müəllimə hesab edir ki, onun üçün bütün şagirdlərə nəticə vermək mümkündür:

"Şagirdin imtahana nə qədər vaxtının qalması o qədər də əhəmiyyət kəsb etmir. Yəni bir ay vaxt qalsa belə, riyaziyyatdan qəbul imtahanında 15 sual artımı əldə etmək olar. Burada əsas faktor valideynin deyəcəyim qaydalara uyğun şəkildə şagirdə nəzarəti, şagirdin verilən tapşırıqlara ciddi əməl etməsi və məqsədidir. Bunlar varsa, tam əminliklə deyə bilərik ki, nəticə olacaq. Uzun sözün qısası, imtahan nəticənizdən asılı olmayaraq, nəticə üçün hər zaman sizin yanınızdayam..."

Qeyd edək ki, Zemfira Həzərəliyeva Qusar rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Ailəsindən aldığımız məlumata görə, onun uşaqlıqdan rəqəmlərə və arifmetika elminə xüsusi marağı olub. Bununla yanaşı, bir sıra məntiq və riyaziyyat olimpiadalarında öz rayonunu layiqincə təmsil edib. Atasının sözlərinə görə, qızının bu bacarığı xüsusi bir istedaddır.

Seçilən
16
1
far.az

2Mənbələr