AZ

Jurnalist BUNA GÖRƏ saxlanıldı -DETALLAR

İranın raket hücumu zamanı İsrailin Baş naziri Benjamin Netanyahunun olduğu yeri açıqladığı iddia edilən hindistanlı jurnalist Aditya Raj Kaul sığınacaqda İsrail polisi tərəfindən saxlanılıb.

Modern.az-ın aldığı məlumata görə, Kaul hücum zamanı Netanyahu-nun yerləşdiyi məkan barədə məlumat paylaşaraq onun yerini mediada ifşa edib. Hadisədən sonra İsrail polisi jurnalisti sığınacaqda saxlayaraq nəzarətə götürüb.

Qeyd olunur ki, həmin görüntü və məlumatlar Netanyahu-nun mediada yayılan son görüntüləri hesab olunur.

Hadisə ilə bağlı İsrail rəsmiləri hələlik geniş açıqlama verməyib.

 



Seçilən
23
4
azia.az

6Mənbələr