AZ

Con Terridən inanılmaz müqayisə: “Messidən başqa beləsini görməmişəm” - VİDEO

İngiltərə futbol millisinin sabiq kapitanı Con Terri “Arsenal”ın gənc yarımmüdafiəçisi Maks Douman haqqında səs-küyə səbəb olacaq açıqlamalar verib. O, 16 yaşlı futbolçunun “Everton”la matçda (2:0) Premyer Liqa tarixinin ən gənc qolçusu olmasından sonra gənc istedadı dünya futbolunun əfsanəsi ilə müqayisə edib.

İdman.Biz xəbər verir ki, Doumanın oyunsonu əlavə vaxtda vurduğu möhtəşəm qolu azarkeşləri və mütəxəssisləri valeh edib. Con Terri hələ bir il əvvəl “Çelsi”nin akademiyasına qarşı keçirilən oyunda onu izlədiyini və o vaxtdan heyran qaldığını bildirib.

“Maks Douman... Necə də möhtəşəm oyunçudur, cəmi 16 yaşı var, mütləq mənada inanılmazdır. Təxminən bir il əvvəl onun “Çelsi”yə qarşı oyununu izləmişdim. Messidən başqa rəqiblərin yanından bu qədər rahatlıqla süzülüb keçən ikinci bir adam görməmişəm”, - deyə Terri vurğulayıb.

Sabiq müdafiəçi bu müqayisənin iddialı olduğunu qəbul etsə də, gənc oyunçunun parlaq gələcəyinə inandığını deyib:

“Bu, çox böyük bir müqayisədir, lakin bu gənc əsl istedaddır. O, həm “Arsenal”ın, həm də İngiltərə millisinin gələcəyində çox vacib rol oynayacaq. Super istedaddır”.

Qeyd edək ki, Douman bu qolu ilə Premyer Liqa rekordlarını alt-üst edərək bütün dünyanın diqqətini üzərinə çəkməyi bacarıb.

İdman.Biz
Seçilən
48
1
idman.biz

2Mənbələr