AZ

"Şuşa" böyükhesablı qələbə qazandı

14 mart 2026-cı ildə Binə stadionunda keçirilən qarşılaşmada “Şuşa” Peşəkar Futbol Klubu ilə BAKI İC FA üz-üzə gəlib.

Ucnoqta.az xəbər verir ki, matç “Şuşa” PFK-nın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Nurhan Abbaszadə het-trikə imza ataraq 3 qol vurub. Digər qolları isə İkram Əmirli və Yusif Hüseynli rəqib qapısından keçirib.

Bu qələbə ilə “Şuşa” PFK son oyunlarda hücum xəttinin yüksək məhsuldarlığını bir daha nümayiş etdirmiş olub.

Seçilən
63
ucnoqta.az

1Mənbələr