AZ

ABŞ-də İranla müharibəyə dair milli maraqlara zidd yayımlar edən telekanalların lisenziyası ləğv edilə bilər

Bakı, 15 mart, AZƏRTAC

ABŞ Federal Kommunikasiya Komitəsinin sədri Brendan Karr şənbə günü yayımçıların lisenziyalarını itirmək riski ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib. O, ABŞ Prezidenti Donald Trampın ABŞ-İsrailin İranla münaqişəsinin mediada işıqlandırılması ilə bağlı tənqidlərini təkrarlayıb. Karr bildirib ki, qanuna əsasən, yayımçılar ictimai maraqlar naminə fəaliyyət göstərməlidir və əgər bunu etməsələr, lisenziyalarını itirəcəklər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Karr “X” sosial mediasında yazıb: “Feyk xəbərlər və saxta məlumatlar yayımlayan yayımçıların lisenziyalarının yenilənməsi başlamazdan əvvəl onların indi fəaliyyətinə düzəliş etmək şansı var”. O bildirib ki, yayımçılar yanaşmalarını yenidən nəzərdən keçirməlidir. Komitə sədri köhnə mediaya ictimai etimadın təxminən 9%-ə düşdüyünü iddia edərək vurğulayıb ki, insanların onlara etimadını bərpa etmək lazımdır.

“Siyasi namizəd feyk xəbərlər və təhriflərlə üzləşdikdən sonra böyük bir qələbə qazana bildikdə, çox yanlış bir şey olur. Bu o deməkdir ki, ictimaiyyət mediaya inamını və etibarını itirib. Biz buna yol verə bilmərik. Dəyişiklik vaxtıdır!”, - deyə o bildirib.

Donald Tramp dəfələrlə medianı İrandakı münaqişə barədə yalan məlumat verməkdə ittiham edib. “Feyk xəbər mediası tamamilə məğlub olan və razılaşma istəyən, amma mənim qəbul etmədiyim İrana qarşı ABŞ ordusunun nə qədər yaxşı iş gördüyü barədə xəbər vermək istəmir!” -deyə Tramp özünün “Truth Social” platformasında mediaya qarşı son tənqidində yazıb.

Seçilən
61
3
azertag.az

5Mənbələr