AZ

Alimlərin və mütəfəkkirlərin şərin mahiyyətini anlamağa təsiri əhəmiyyətli olub - Vayra Vike-Freyberqa

Bakı. Trend:

Erkən dövrdə alimlərin, mütəfəkkirlərin və ictimai xadimlərintəsiri, xüsusən də şər təbiəti haqqında düşüncələrdə çox güclü hissolunurdu.

Trend xəbər verirki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-cuildən 2007-ci ilə qədər Latviyanın prezidenti və Dünya İncəsənət vəElm Akademiyasının üzvü Vayra Vike-Freyberqa bu gün XIII QlobalBakı Forumu çərçivəsində əlavə sessiyada deyib.

Vayra Vike-Freyberqanın sözlərinə görə, münaqişələr adətən insantəbiətinin eyni təkrarlanan qüvvələri tərəfindən idarə olunur ki,bunlardan biri də ideologiyadır.

"İdeologiya geniş mənada — müəyyən mənimsənilmiş həqiqətdir,xüsusilə dini, hansının ki birbaşa göydən, ali fövqəlbəşəriqanunlardan gəldiyi iddia olunur. Bu "əmin və mübahisəsiz" həqiqətinsanın həyatına rəhbərlik etməli və cəmiyyət üçün əsas olmalıdır",- deyə o vurğulayıb.

O qeyd edib ki, ideologiya bir çox cəhətdən faydalı olub -sivilizasiyaların formalaşmasına kömək edib - lakin eyni zamandatez-tez münaqişə mənbəyi olub.

"Hətta böyük və ya şifahi ənənənin mövcud olduğu hallarda belə,həmişə fərqli şərhlər ehtimalı var", - deyə o əlavə edib.

Seçilən
56
1
az.trend.az

2Mənbələr