AZ

“Yeni dünya nizamı güclü turbulentliklə müşayiət olunur” Latviyanın sabiq prezidenti

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Müasir dünya nizamı bu gün İkinci Dünya Müharibəsindən sonrakı dövrlə müqayisədə daha böyük turbulentliklə xarakterizə olunur.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal turbulentliyə reaksiya" mövzusunda paralel tədbirin açılışında bildirib.

O qeyd edib ki, müasir dünya geosiyasi gərginlikdən və iqtisadi qeyri-sabitlikdən tutmuş iqlim təhdidlərinə və texnoloji transformasiyalara qədər bir sıra bir-biri ilə əlaqəli çağırışlarla üzləşir.

Vike-Freyberqanın sözlərinə görə, dünyanın nə vaxtsa tamamilə sabit olması ilə bağlı təsəvvürlər illüziyadır: "Niyə dünya turbulent olmayıb? Düşünürəm ki, dalğalar sadəcə olaraq daha yüksək və ya daha alçaq olub. Külək bəzən digər anlara nisbətən daha güclü olur. Amma ümumilikdə bəşəriyyətin tarixinə nəzər salsaq, sülh və əmin-amanlıq dövrlərinin o qədər də çox olmadığını görərik. Əslində, İkinci Dünya Müharibəsindən sonrakı dövr dünyanın sabitləşdiyi kimi görünən nadir anlardan biri idi. Keçmiş imperiyaların dekolonizasiyası nisbətən az zorakılıqla keçirdi, baxmayaraq ki, əlbəttə, Əlcəzairdəki müharibə fransızlar və əlcəzairlilər arasında acı, uzunmüddətli və qanlı bir müharibə idi. Düşünürəm ki, o dövrdə alimlərin, mütəfəkkirlərin və ictimai fikri formalaşdıranların təsiri kifayət qədər güclü hiss olunurdu".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
1
azpolitika.info

2Mənbələr