ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 15-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərə qar yağır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, qarın hündürlüyü Kəlbəcərdə 8, Laçın və Qubadlıda 6, Şahdağda 5, Şuşada 3, Şəkidə (Kişçay) 1 sm-dir.
Düşən yağıntının miqdarı Mingəçevir, Sədərək və Şərurda 2, Yevlax, Ağdam, Naftalan, Bərdə, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Balakən, Zaqatala, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Quba və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.