AZ

Avropalılar Ukraynaya görə təlaşa düşdü: Bu, fəlakətdir!

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Ukrayna ilə bağlı sülh danışıqları təhlükəli zonadadır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatik nümayəndələri məlumat yayıb.

“Səbəb Yaxın Şərqdə baş verən gərginlikdir. Bu, Vaşinqtonun diqqətini sülh sazişindən yayındırıb. Belə vəziyyət isə Rusiyaya sərf edir: neftin qiymətinin artması, ABŞ-ın sanksiyalarının təxirə salınması və Kiyevə lazım olan ABŞ hərbi sursatlarının sürətlə azalması ona üstünlük yaradır”, – deyə qeyd edilib.

Aİ-nin bir nümayəndəsi bildirib ki, danışıqlar prosesi faktiki olaraq “təhlükəli zonada” yerləşir:

“Yaxın Şərq Ukrayna ilə bağlı siyasi diqqəti ciddi şəkildə yayındırıb. Bu həm bizim, həm də Ukrayna üçün ciddi fəlakət deməkdir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
globalinfo.az

1Mənbələr