"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri komandasının "Vest Hem" ilə heç-heçə etdiyi oyundan sonra çempionluq mübarizəsi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ispan futbolçu bildirib ki, komanda çempionluq uğrunda mübarizəni davam etdirəcək:
“Biz mübarizəni dayandırmayacağıq və sona qədər çalışacağıq. Bunun çətin olacağını bilirik. Təcrübəmiz var və qələbə qazanmaq üçün nələrin vacib olduğunu yaxşı anlayırıq. Xal fərqi böyük olsa da, mübarizədən geri çəkilməyəcəyik”.
Hazırda 30 turdan sonra "Mançester Siti" 61 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider "Arsenal"dan doqquz xal geri qalır, lakin London təmsilçisi bir oyun artıq keçirib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 30-cu turuna təsadüf edən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, martın 22-də bu komandalar İngiltərə Liqa Kubokunun finalında qarşılaşacaqlar. Bundan əlavə, aprelin 19-da çempionatın 33-cü turu çərçivəsində Mançesterdə yenidən üz-üzə gələcəklər.