AZ

Honda elektrikli avtomobillərin istehsalını dayandırır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yaponiyanın avtomobil nəhəngi "Honda" elektrikli avtomobil strategiyasında ciddi struktur dəyişikliyi edir. "Reuters" agentliyinin məlumatına görə, şirkət ABŞ bazarında təqdim etməyi planlaşdırdığı üç yeni elektrik modelinin istehsalından imtina edib. Bu qərarın şirkətə təxminən 2,5 trilyon yen, yəni 15,7 milyard dollar civarında aktiv silinməsi ilə nəticələnəcəyi bildirilir ki, bu da "Honda"nın son 70 ildə ilk illik zərəri ilə üzləşməsi deməkdir.Demokrat.az-ın məlumatına görə istehsalı dayandırılan modellər sırasında 2024-cü ilin yanvarında keçirilən "CES" sərgisində nümayiş olunan "Honda 0 Series" xəttinə aid "Saloon" sedanı, "Honda 0 SUV" və "Acura RSX" yer alır. Şirkət bu addımı ABŞ-də elektrikli avtomobillərə verilən subsidiya proqramlarının ləğvindən sonra tələbatın azalması ilə əsaslandırır. Cari statistikaya görə, 2024-cü ildə şirkətin qlobal satışlarının cəmi 2,5 faizini elektrikli avtomobillər təşkil edib. Bu da 3,4 milyon avtomobildən cəmi 84 mini deməkdir.Yaranan böyük maliyyə itkisinin əsas hissəsini təchizatçılara ödəniləcək kompensasiyalar təşkil edəcək. Analitiklər qeyd edirlər ki, bu qərarın artıq irimiqyaslı investisiyalar qoyulduqdan sonra, layihənin son mərhələsində qəbul edilməsi olduqca diqqətçəkicidir. Bundan sonra "Honda" ABŞ bazarında daha çox hibrid avtomobillərə üstünlük verəcəyini, həmçinin Hindistan bazarındakı mövqeyini gücləndirəcəyini açıqlayıb.Çin bazarında isə yerli istehsalçılardan proqram təminatı və sürücüyə yardım sistemləri sahəsində geridə qaldığını etiraf edən şirkət, "Sony Group" ilə birgə "Sony Honda Mobility" müəssisəsinin gələcəyi ilə bağlı hələlik yekun qərar qəbul etməyib. "Afeela" sedanının taleyi hələlik müzakirə mövzusudur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
demokrat.az

1Mənbələr