AZ

“Zelenskiyə deyin ki, razılaşma əldə etsin, çünki Vladimir Putin razılaşmaya hazırdır”


ABŞ Prezidenti Donald Tramp qlobal neft qiymətlərinin artması fonunda Russia neftinə qarşı bəzi sanksiyaların müvəqqəti ləğv olunması qərarına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “NBC News” telekanalına müsahibəsində danışıb.
Tramp qeyd edib ki, bu addımın əsas məqsədi dünya bazarında neftin daha əlçatan və münasib qiymətə olmasını təmin etməkdir.
“Mən istəyirəm ki, neft bütün dünya üçün əlçatan olsun. Mən istəyirəm ki, neft əlverişli olsun”, – deyə ABŞ prezidenti bildirib.
Sanksiyaların müvəqqəti ləğvi ilə bağlı bəzi xarici liderlərin tənqidlərinə münasibət bildirərkən Tramp suala birbaşa cavab verməyib. Bunun əvəzinə o, Ukrayna Prezidenti Volodimir Zelenski barədə danışıb.
ABŞ prezidenti bildirib ki, Zelenskinin mümkün razılaşmaya ehtiyatla yanaşması onu təəccübləndirir.
Seçilən
70
2
yeniavaz.com

3Mənbələr