AZ

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda uğurlu çıxışla yadda qaldılar

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxışla yadda qalıblar.

Fanat.Az xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb.

1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb.

Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Super Liqaya vəsiqə qazanacaqlar.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
10
fanat.az

10Mənbələr