AZ

Husilərdən bəyanat: Müharibədə iştirakımız an məsələsidir

Yəməndəki husilərin (Ənsarullah Hərəkatı) Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buhayti İranı dəstəkləmək qərarının verildiyini və onların müharibəyə qoşulmasının yalnız zaman məsələsi olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Buhayti Livanda fəaliyyət göstərən “Əl-Mayadeen” televiziya kanalına açıqlamasında “Yəməndə İranın yanında olmaq qərarı verilib” deyib.

O, təfərrüatları açıqlamadan əlavə edib: “Vəziyyəti izləyirik, barmaqlarımız tətiyin üzərindədir. Yəmənin müharibəyə daxil olması yalnız an məsələsidir”.

Buhayti region ölkələrinə də çağırış edərək bildirib ki, “bölgədəki bütün dövlətlər ABŞ-ın hücumlarını qınamalı və bu münaqişədə İranın yanında olmalıdır”.

Husilərin rəsmisi həmçinin qeyd edib ki, “bugünkü hədəf yalnız İran deyil, bütün ərəb və İslam ölkələridir”. Onun sözlərinə görə, “öz şərtlərimizi diktə etmək üçün bizə qarşı aparılan bu mübarizəni davam etdirməliyik”.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
31
1
turkustan.az

2Mənbələr