AZ

NEK PSV-nin rekord seriyasına son qoydu

Niderlandın Neymegen şəhərini təmsil edən NEK klubu ölkə çempionatında diqqətçəkən nəticəyə imza atıb.

90deqiqe.Az "Opta"ya istinadən xəbər verir ki, sözügedən komanda ötən gün keçirilən qarşılaşmada səfərdə PSV üzərində 3:2 hesablı qələbə qazanıb. Bu nəticə ilə NEK tarixində ilk dəfə olaraq Niderland çempionatı çərçivəsində PSV-ni səfərdə məğlub etməyi bacarıb.

Statistik göstəricilərə görə, bu komandalar arasında əvvəlki 40 görüşün hamısında qələbə Eyndhoven təmsilçisinin payına düşmüşdü.

Bundan başqa, NEK bütün turnirlər nəzərə alınmaqla PSV ilə keçirilən son dörd oyunun hər birində üç və daha çox qol vurmağı bacaran ilk komanda olub.

Hazırda NEK turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Klubun Niderland çempionatındakı ən yüksək göstəricisi isə beşinci yer hesab olunur.

Seçilən
48
90deqiqe.az

1Mənbələr