BAKI, 15 mart. TELEQRAF
Yeddi il əvvəl dövlət başçısı vəzifəsindən könüllü istefa verərkən ölkənin inkişafı və hakimiyyət varisliyinin təmin edilməsi maraqlarını rəhbər tutdum.
Teleqraf xəbər verir ki, Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumda səs verən ölkənin birinci prezidenti Nursultan Nazarbayev belə deyib.
"Zaman keçir, nəsillər bir-birini əvəz edir. Hər nəsil Qazaxıstanın müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verməlidir. İnanıram ki, mənim nəslim müstəqillik elan etməklə, sərhədləri müəyyənləşdirməklə və yeni paytaxt salmaqla öz rolunu yerinə yetirib.
İndi biz Qazaxıstanı gücləndirməyə və onun nüfuzunu artırmağa davam etməliyik. Buna nail olmaq üçün bugünkü referendum da daxil olmaqla çox iş görülür", - Nazarbayev bəyan edib.
Sabiq dövlət başçısı vaxtilə Tokayevin prezident seçilməsinə də toxunub: "Mən o zaman seçim edərkən Qasım-Jomart Tokayevin namizədliyinə üstünlük verdim və bu seçimə sadiq qalıram".