AZ

Antonelli "Formula-1" tarixində ikinci ən gənc qalib oldu

"Mersedes" komandasının 19 yaşlı pilotu Andrea Kimi Antonelli avtoidman tarixində mühüm nailiyyət əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı sürücü 2026-cı il mövsümünün ikinci mərhələsi olan Çin Qran-prisində qalib gələrək Formula-1 tarixində ikinci ən gənc yarış qalibi olub.

Antonelli karyerasında ilk qələbəni 19 yaş 202 günlüyündə qazanıb.

Bu göstərici üzrə rekord isə Maks Verstappenə məxsusdur. "Red Bull" komandasının pilotu 2016-cı ildə Barselona şəhərində keçirilən yarışda 18 yaş 228 günlüyündə qalib gələrək tarixə düşmüşdü.

Siyahıda üçüncü yerdə Sebastyan Fettel qərarlaşıb. Almaniyalı pilot 2008-ci ildə keçirilən İtaliya Qran-prisində 21 yaş 73 günlüyündə qələbə qazanmışdı.

Seçilən
17
90deqiqe.az

1Mənbələr