AZ

Fransa Trampın Hörmüz boğazına gəmi göndərmək istəyini rədd edib

Ayna saytına istinadən ain.az xəbər verir.

“Şarl de Qoll” və onun qrupu Aralıq dənizində qalacaq və yalnız müdafiə missiyalarını yerinə yetirməyə davam edəcək

Fransa Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın bir neçə ölkənin dəniz yolunu hərbi gəmilərlə qorumalı olduğu barədə şərhlərindən sonra ölkənin Hörmüz boğazına gəmi göndərdiyi barədə məlumatları təkzib edib. AYNA.AZ xəbər verir ki, Parisin Ağ Evin çağırışını rədd etdiyini bildirən bəyanat Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında yayımlanıb.

Bəyanata görə, Fransa Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “Şarl de Qoll” və onun qrupu Aralıq dənizində qalacaq və yalnız müdafiə missiyalarını yerinə yetirməyə davam edəcək.

"Mövqe dəyişməyib: bu, müdafiə xarakterlidir", - deyə Fransa XİN-dən qeyd olunub.

Bu bəyanat Parisin bu dəniz yolundan naviqasiyanı təmin etmək üçün Hörmüz boğazına on hərbi gəmi göndərə biləcəyi ilə bağlı şayiələrə cavab olaraq verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
ayna.az

1Mənbələr