Bakı. Trend:
Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlarqeydə alınıb. Naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxınolan məişət əşyalarını talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyənedilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.