AZ

Müctəba Xamenei haqda böyük müəmma: Moskvaya qaçıb? Detallar üzə çıxdı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İranın yeni ali lideri Müctəba Xamenei fevralın 28-də yaralandıqdan sonra Rusiya hərbi təyyarəsində məxfi şəkildə Moskvaya aparılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jarida”  məlumat yayıb.

Bildirilir ki, Xameneinin əməliyyatı uğurlu keçib və hazırda prezident saraylarının birində özəl klinkada müalicə edilir.

Digər tərəfdən, sözügedən xəbərə təkzib gəlib. Belə ki, “Factnameh” platforması Xameneinin Moskvaya qaçışı üçün Məhraabad hava limanında fövqəladə uçuşun təşkil olunması ilə bağlı iddianın yanlış olduğunu yazıb:

“Sosial şəbəkələrdə yayılan bir videoda göstərilir ki, Məhraabad hava limanının hərbi hissəsində iki təyyarə var: biri Rusiya Antonov An-124 yük təyyarəsi, digəri isə “İslam Respublikası liderinin xüsusi jeti”, bunun Xameneinin Moskvaya qaçışı üçün hazırlandığı deyilir.

Amma kiçik təyyarə pəncərələrinin sayı və düzülüşü İslam Respublikası rəsmi aviasiya parkındakı “Falcon 50” və “Falcon 900″ modellərinə uyğun deyil”.

Bunlara baxmayaraq, yayılan iddialarla bağlı rəsmi açıqlama verilməyib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”ə müsahibəsində Müctəba Hüseyni Xameneinin səhhətinin yaxşı olduğunu və ölkədəki vəziyyətə tam nəzarət etdiyini bildirib.

Qeyd edək ki, “Factnameh” İran mərkəzli bir fakt‑yoxlama (fact‑checking) platformasıdır. O, əsasən fars dilli xəbərlər və sosial media məlumatları ilə məşğul olur və İranla bağlı iddiaları yoxlayır.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr