AZ

Qəhrəmanlığın rəmzi: Gəncədə yerləşən Cavad xan türbəsindən FOTOREPORTAJ

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gəncə xanı Cavad xan 1804-cü ildə Gəncə qalasının rus işğalçı qoşunlarından müdafiəsi zamanı qəhrəmancasına həlak olub.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, döyüşdən sonra Cavad xan I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidinin həyətində yerləşən Xan qəbiristanlığında dəfn olunub.

Sovet hakimiyyətinin sonrakı illərində Cavad xanın məzarını itirmək məqsədilə qəbiristanlıq ərazisində müxtəlif təyinatlı tikililər inşa edilib.

1962-ci ildə fəvvarə inşa etmək məqsədilə aparılan qazıntılar zamanı təsadüfən Cavad xanın başdaşı və məzarı tapılıb.

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın xatirəsini əbədiləşdirmək üçün xanın məzarı üzərində türbə ucaldılıb.

Arran memarlıq üslubunda inşa edilmiş dördkünc formalı olan Cavad xan türbəsinin tikintisində bişmiş qırmızı kərpicdən istifadə olunub.

Abidənin tağvari bir giriş qapısı və rəngli şəbəkələrlə bəzədilən üç pəncərəsi var. Türbə inşa edilməzdən əvvəl orada yerləşən Cavad xanın məzar daşı qiymətli eksponat kimi hazırda Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Gəncə şəhərində yerləşən Cavad xan türbəsindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
oxu.az

1Mənbələr