Türkiyə futbolundan üzücü bir xəbər gəlib. Neçə müddətdi xərçəng xəstəliyindən əziyyət çəkən ''İstanbulspor''un gənc üzvü Baran Alp Vardar bu gün əbədi olaraq gözlərini yumub. Özü də onun dünən - martın 14-də 20 yaşı tamam olmuşdu. İstanbul klubu bununla bağlı məlumat paylaşaraq futbolçunun yaxınlarına başsağlığı verib. ''İstanbulspor''un öz yetirməsi olan Baran Alp Vardar hətta Türkiyə çempionatında da meydana çıxmışdı. ''İstanbulspor'' 2023/24-də elitada oynayarkən həmin vaxt 18 yaşlı futbolçu superliqada 3 oyuna çıxmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta