Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ING Qrupunun baş iqtisadçısı Peter Vanden Houte və Rabobank-ın baş makrostrateqi Bas van Geffen Yaxın Şərqdəki müharibənin kölgəsində bu həftə Avropa Mərkəzi Bankı ilə bağlı gözləntilərini bölüşdülər.
Banco.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra neft qiymətlərinin artması inflyasiya ilə bağlı narahatlıqları gücləndirib. Bu vəziyyət Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini artırmaq ehtimalını gündəmə gətirib. Bununla yanaşı, bu ehtimalların Yaxın Şərqdə davam edən müharibənin gedişatından asılı olaraq formalaşacağı gözlənilir.
Yaxın Şərqdə gərginliyin enerji təchizatına mənfi təsir göstərməsi nəticəsində neft və təbii qaz qiymətlərində müşahidə olunan dalğalanmalar Avropa Mərkəzi Bankı üzərində faiz artımı ilə bağlı təzyiqi artırıb.
Enerji bazarlarında yaranan təklif şoku Avropada inflyasiyanın zəifləməsi prosesinə mənfi təsir göstərir. Bu səbəbdən bankın bundan sonrakı dövrdə pul siyasətində daha sərt mövqe tutacağı ehtimal edilir.
Hücumlar başlamazdan əvvəl açıqlanan məlumatlar və makroiqtisadi göstəricilər bölgədə iqtisadi fəallığın yaxşı vəziyyətdə olduğunu göstərirdi və bankın artıq faiz dərəcələrini aşağı salmayacağına dair gözləntiləri gücləndirmişdi. Bununla belə, faiz artımı ilə bağlı hər hansı proqnoz mövcud deyildi.
Lakin hücumların başlamasından sonra müharibənin nə vaxt başa çatacağı ilə bağlı qeyri-müəyyənliyin artması və neft qiymətlərinin yüksəlməsinin inflyasiya narahatlıqlarını gücləndirməsi Avropa Mərkəzi Bankının faiz dərəcələrini artıracağına dair proqnozları ön plana çıxarıb.
Bundan əlavə, Yaxın Şərqdəki gərginlik səbəbindən bankın faiz artımına gözləniləndən daha tez gedə biləcəyi ehtimalı da irəli sürülür.
Siyasət müəyyən edən şəxslər də öz açıqlamalarında inflyasiya məsələsinə həssas yanaşdıqlarını vurğulayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.