AZ

KİV: Tramp Ukrayna üzrə danışıqlara marağını itirir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlara marağını itirir.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İrana qarşı hərbi əməliyyatının başlaması danışıqlarda vasitəçiliyə marağın azalmasına təsir edib.

Bununla yanaşı, amerikalı rəsmilər avropalı həmkarlarına bildiriblər ki, Vaşinqton yaxın vaxtlarda Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Diplomatlardan biri ABŞ-nin diqqətini İran münaqişəsinə yönəltməsini Ukrayna və Avropa İttifaqı üçün "fəlakət" adlandırıb. Nəşrin həmsöhbətləri bildiriblər ki, prioritetlərin dəyişməsi səbəbindən Vaşinqton Avropa ölkələrinə ABŞ silahlarının, o cümlədən hava hücumundan müdafiə vasitələrinin tədarükünün ləngiyəcəyi barədə məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
oxu.az

2Mənbələr