AZ

Politoloq: Referendum Qazaxıstanın siyasi inkişafında mühüm mərhələ olacaq

Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum ölkənin siyasi modernləşdirilməsi baxımından mühüm mərhələ olacaq.

Bunu APA-nın Astanaya ezam olunmuş əməkdaşına açıqlamasında qazaxıstanlı politoloq Almat Tokeyin bildirib.

Onun sözlərinə görə, referendum dövlətlə cəmiyyət arasında dialoqun daha da möhkəmlənməsinə xidmət edir və strateji qərarların qəbulunda vətəndaşların rolunu artırır.

Politoloq qeyd edib ki, əsas məqam ondan ibarətdir ki, ölkə üçün vacib strateji qərarlar yalnız dövlət institutları səviyyəsində deyil, eyni zamanda vətəndaşların birbaşa iştirakı ilə qəbul ediləcək.

Almat Tokeyin bildirib ki, yeni Konstitusiya daha balanslaşdırılmış siyasi sistemin formalaşdırılmasına yönəlib. Onun sözlərinə görə, sənəd parlamentin rolunun genişləndirilməsini və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur:

“Eyni zamanda islahatlar hakimiyyət qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsinə, qarşılıqlı tarazlıq və nəzarət prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Bu isə dövlət sisteminin dayanıqlığını artırır”.

O əlavə edib ki, vətəndaşlar üçün bu dəyişikliklər ictimai siyasi həyatda iştirak imkanlarının genişlənməsi, qərarların qəbulunda şəffaflığın artması və insan hüquqlarının müdafiəsinin gücləndirilməsi deməkdir: “Konstitusiya dəyişiklikləri həmçinin bir sıra sosial və hüquqi təminatları da təsbit edir ki, bu da cəmiyyətin dövlət institutlarına olan etimadını gücləndirir. Yeni Konstitusiya çərçivəsində vitse-prezident institutu da yaradılacaq: “Azərbaycanda olduğu kimi, bizdə də vitse-prezident vəzifəsinin təsis edilməsi prezident hakimiyyətinin dayanıqlığını artıracaq”.

Politoloq vurğulayıb ki, ümumilikdə Qazaxıstanın gələcək inkişafı açıqlıq, dialoq və cəmiyyət qarşısında məsuliyyət prinsiplərinə əsaslanacaq.

Seçilən
20
1
apa.az

2Mənbələr