AZ

ABŞ da vakant iş yerlərinin sayında kəskin artım müşahidə olunub

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da vakant iş yerlərinin sayında kəskin artım müşahidə olunub.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi yanvar ayına dair JOLTS üzrə vakant iş yerlərinin sayına dair məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə vakant iş yerlərinin sayı yanvar ayında əvvəlki ayla müqayisədə 396 min artaraq 6 milyon 946 minə yüksəlib.

Bazar gözləntiləri həmin dövrdə vakant iş yerlərinin sayının 6 milyon 760 min səviyyəsində olacağı istiqamətində idi.

Vakant iş yerləri ilə bağlı 2025-ci ilin dekabr ayına dair göstərici isə 6 milyon 550 min olaraq qeydə alınmışdı.

Həmin dövrdə vakant iş yerlərində artım əsasən maliyyə və sığorta sektorunda müşahidə olunub. Eyni zamanda işə qəbul olunanların sayı da 22 min artaraq 5 milyon 294 minə çatıb.

Ölkədə istefa və işdən çıxarılmalar da daxil olmaqla işindən ayrılanların ümumi sayı isə bu dövrdə 98 min azalaraq 5 milyon 105 minə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
banco.az

2Mənbələr