AZ

Azərbaycan millisinin hücumçusu qərarını verdi - yeni mövsüm üçün bu klubda qalmayacaq

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Motor"da qalmayacaq.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın hücumçusu mövsüm bitdikdən sonra hazırkı klubunda qalmayacağını qətiləşdirib.

Əslində, Renat qış fasiləsində "Motor"dan ayrılmalı idi, lakin toplanış zamanı özünü yaxşı tərəfdən göstərdiyi üçün Polşa klubunun rəhbərliyi ona mövsümün sonuna qədər şans vermək istəyib.

Lakin tərəflərin yayda yollarını ayıracağı dəqiqdir. 26 yaşlı hücumçunun "Motor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, ötən ildən Polşa klubunda oynayır.

Renat karyerası ərzində "Ayntraxt"(Frankfurt), "Eştoril", "Vulverhempton", "Pakoş Ferreyra", "Qrasshoppers", "Tondela", "Hatayspor", "Ankaragücü", "Radomiak" klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr