Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı "Əl-Ərəbi Əl-Cədid" qəzetinə müsahibəsində deyib: "ABŞ və İsraillə müharibəyə son qoymaq Tehrana təhlükəsizlik zəmanəti və kompensasiya verilməsindən asılıdır. ABŞ və İsraillə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur". Əraqçı bildirib ki, ölkəsi mülki hədəfləri və ya yaşayış məntəqələrini hədəfə almayıb. Onun sözlərinə görə, İran hücuma məruz qalan hədəfləri araşdırmaq üçün region ölkələri ilə birlikdə "Enerji infrastrukturumuz hədəfə alınarsa, bölgədəki Amerika şirkətlərini vuracağıq", - deyə Əraqçı yenidən xəbərdarlıq edib. İran xarici işlər naziri iddia edir ki, ABŞ-də hazırlanmış, "Shahed" dronlarına bənzər LUCAS pilotsuz təyyarəsi ərəb ölkələrinə zərbələr endirmək üçün istifadə olunur. O, bildirib ki, ərəb ölkələrində mülki hədəflərə hücumların arxasında İsrail dayana bilər. İradə SARIYEVA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta