AZ

Torpağı qazarkən tez tez insan sümüklərinə rast gəlinir İsmayıllı rayonunun Mücü kəndindən REPORTAJ VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında İsmayıllı rayonunun Mücü kəndinə səfər edilib.

Mücü kəndi İsmayıllı rayon mərkəzindən təxminən 30 kilometr aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dağlıq relyefi, təmiz havası və zəngin təbiəti ilə seçilən bu yaşayış məntəqəsi rayonun füsunkar kəndlərindən biri hesab olunur.

Torpağı qazarkən tez-tez insan sümüklərinə rast gəlinir - İsmayıllı rayonunun Mücü kəndindən REPORTAJ - VİDEO

Tarixi kökləri qədim dövrlərə, hətta Qafqaz Albaniyası dövrünə qədər uzanan Mücü kəndi əsrlər boyu bölgənin mədəni və təsərrüfat həyatında özünəməxsus yer tutub. Kəndin daxili harmoniyası və sakit atmosferi diqqət çəkir.

Ətrafda hiss olunan odun qoxusu isə kənd həyatının özünəməxsus ab-havasını yaradır. Veriliş çərçivəsində kənd sakinləri ilə də həmsöhbət olunub. Kəndin adının mənşəyindən bəhs edən Mayis bəyin sözlərinə görə, "Mücü" sözü "səngər" mənası ilə əlaqələndirilir.

O bildirib ki, xanlıqlar dövründə, Mustafa xanın hakimiyyəti zamanında rusların hücumu vaxtı həmin ərazilərdə döyüşlər baş verib. Fit dağı adlanan ərazidən toplar atılıb və həmin hadisələrdən sonra bu yer "səngər" kimi tanınmağa başlayıb. Söhbət zamanı kəndin qədim qəbiristanlığı haqqında da məlumat verilib.

Yaşlı sakinlərin sözlərinə görə, ərazi çox qədim olduğundan burada torpağı qazarkən tez-tez insan sümüklərinə rast gəlinir. Mayis bəy kənddə yerləşən qədim yəhudi qəbiristanlığından da bəhs edib. Onun sözlərinə görə, qəbiristanlığın böyük hissəsi vaxtilə ermənilər tərəfindən dağıdılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
2
oxu.az

3Mənbələr