AZ

Rusiya neftini almaq istəyən ölkələrin sayı çoxdur – Peskov


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ sanksiyalarının qismən yumşaldılmasından sonra Rusiya neftini almaq istəyən ölkələrin sayı artıb və bazarda bu məhsula tələbat qalmaqdadır.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, qlobal enerji bazarı genişdir və Rusiya nefti hələ də bir çox ölkə üçün vacib resurs hesab olunur.
O qeyd edib ki, beynəlxalq enerji infrastrukturu böyük həcmdə Rusiya neftindən imtina edə bilməz.
Kremlin sözçüsü açıqlamasında bildirib: “Bazarlar həqiqətən genişdir və Rusiya neftini almaq istəyənlər çoxdur. Bu neft qlobal bazar üçün vacibdir”.
Peskov həmçinin Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Rusiya neftinin beynəlxalq enerji bazarının sabitliyi üçün mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, ABŞ hökuməti daha əvvəl tankerlərə yüklənmiş Rusiya neftinin satışına müvəqqəti icazə verib.
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr