AZ

İran müharibəsinə görə Formula 1 yarışları ləğv edildi



Formula 1 rəhbərliyi İran müharibəsi və təhlükəsizlik narahatlıqları səbəbindən iki yarışı ləğv etdiyini açıqlayıb. Qərara əsasən, Bəhreyn Qran Prisi (12 aprel) və Səudiyyə Ərəbistanı Qran Prisi (19 aprel) yarışları keçirilməyəcək. Rəsmi açıqlamada qərarın İran ətrafında yaranmış müharibə vəziyyəti və regionda təhlükəsizlik risklərinin artması ilə əlaqəli olduğu bildirilib. Rəsmilər qeyd ediblər ki, bu mərhələlər başqa tarixə keçirilməyəcək və mövsüm təqvimində yer almayacaq. Beləliklə, mövsümdə Yaponiya Qran Prisi (28 mart) ilə Mayami Qran Prisi (3 may) arasında təxminən beş həftəlik fasilə yaranacaq. Məlumatı "Iran International" yayıb. İRADƏ
Seçilən
49
baki-xeber.com

1Mənbələr