“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasının finalında iki İspaniya klubunun qarşılaşmasını istəyir.
Publika.az xəbər verir ki, Levandovski bu barədə “Mundo Deportivo”ya danışıb.
37 yaşlı hücumçu ÇL-in finalında “el klasiko”nun futbol azarkeşləri üçün ən yaxşı Avropa finalı olacağına inanır.
“Bu, dünya və azarkeşlər üçün həyəcanverici bir matç olardı. “Barsa”-“Real” finalı tarixin ən yaxşı matçlarından biri olardı. Bu, misli görünməmiş, möhtəşəm bir şey olardı”, – Levandovski deyib.