Avropa ölkələri Ukraynanı hərbi əməliyyatları davam etdirməyə məcbur etməklə səhv edir.
Redaktor.az xəbər verir ki, bunu Dmitri Peskov Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibədə deyib.
Kremlin sözçüsü bildirib ki, Avropa ölkələri bu siyasətlə öz gələcəkləri baxımından səhv edirlər.
Peskov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri döyüş meydanında uğur qazanmağa davam edir və hər dəfə qarşıya qoyulan məqsədlərə çatmağa daha da yaxınlaşır.
O əlavə edib ki, Vladimir Putin dəfələrlə qeyd etdiyi kimi, Rusiya münaqişənin diplomatik yolla həllinə açıqdır.
Aminə ŞAHSUVARQIZI