AZ

Xaçmaz-Quba yolunda qəza: Böyük tıxac yarandı - FOTO

Xaçmaz-Quba yolunun Xaçmazın Armudpadar kəndi ərazisində nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Bizim.Media xəbər verir ki, buna səbəb “KamAZ” markalı yük avtomoşını ilə “Chevrolet" markalı yüngül minik maşınının qəza törətməsi olub.

Qəza xəsarətsiz ötüşsə də yolda tıxac səbəbindən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Xaçmaz polis şöbəsinin yol polisi bölməsi əməkdaşlarını müdaxiləsindən sonra yolda hərəkət bərpa edilib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
37
bizim.media

1Mənbələr