GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“ABŞ 11 sentyabr hücumlarına bənzər bir terror hadisəsi yaratmaq və buna görə İranı günahlandırmaq üçün plan hazırlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“İran bu terror proqramlarına əsasən qarşıdır və ABŞ xalqı ilə müharibəsi yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.