AZ

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatdı

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, yarışın son günündə daha 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qasım İsmayılov 79 kq çəki dərəcəsində toplamda 291 kq (126 kq+165 kq) nəticə ilə birinci olub.

Akif Abdullayev 88 kq çəki dərəcəsində toplamda 321 kq (146 kq+175 kq) nəticə ilə qızıl medala layiq görülüb.

Məmməd Əhmədzadə 94 kq çəki dərəcəsində toplamda 296 kq (135 kq + 165 kq) nəticə ilə qələbəni bayram edib.

Seçilən
8
8
fanat.az

9Mənbələr