AZ

Bəhreyndə SEPAH-la əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanıldılar

Bəhreyn təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məlumat toplayaraq ötürməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmçinin İrandakı terror elementləri vasitəsilə SEPAH-a gizli məlumat toplamaq və ötürmək, habelə Bəhreyn rəsmilərinə qarşı sui-qəsdlər həyata keçirmək üçün terrorçuları cəlb etməkdə iştirak edən qrupdan altıncı şəxsin şəxsiyyəti müəyyən edilib.

Seçilən
33
4
redaktor.az

5Mənbələr