ain.az, Milli.az portalına istinadən məlumat verir.
Rusiyanın paytaxtı Moskvada iki tramvay toqquşub.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan beşi uşaqdır.
Toqquşmanın ilkin səbəbi kimi texniki nasazlıq nəticəsində tramvaylardan birinin relsdən çıxması göstərilib.
Toqquşma anında hər iki tramvayda ümumilikdə 70-ə yaxın insan olub.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.